Tramp: “Tramp boğazı” açılmalıdır

1 saat əvvəl 1 dəq oxu
 Tramp: “Tramp boğazı” açılmalıdır


ABŞ prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini bildirərək, razılaşmanın əldə olunmasını Hörmüz boğazının açılması ilə şərtləndirib.


ArazNews-un məlumatına görə, Tramp Mayamidə çıxışı zamanı deyib: “Biz danışıqlar aparırıq. Əgər bir nəticə əldə edə bilsək, bu, əla olar.”


O, çıxışında Hörmüz boğazına istinad edərək “Onlar Tramp boğazını açmalıdırlar” ifadəsini işlədib, lakin dərhal bununla Hörmüzü nəzərdə tutduğunu bildirib.


Tramp bu sözləri ilə bağlı deyib ki, belə “səhvlər” onun üçün təsadüfi deyil və mediaya bu məsələni qabartdıqları üçün irad bildirib.


O həmçinin əvvəllər “Meksika körfəzi”nin adını “Amerika körfəzi” kimi dəyişdiyini xatırladaraq, bu adın bəzi xəritələrdə, o cümlədən Google-da istifadə olunduğunu iddia edib.