Almaniya kansleri: ABŞ və İsrailin İrandakı addımlarının rejim dəyişikliyinə gətirəcəyinə şübhə edirəm
1 saat əvvəl
•
1 dəq oxu
Almaniya kansleri Fridrix Merts ABŞ və İsrailin İrandakı əməliyyatlarının uğurlu olacağına şübhə etdiyini bildirib və bu addımların nəticə verəcəyinin aydın olmadığını deyib.
ArazNews-un məlumatına görə, Merts çıxışında vurğulayıb ki, hazırkı əməliyyatların uğura çatacağına inanmır və “rejim dəyişikliyi”nin bu addımların məqsədi olub-olmadığını sual altına alıb.
O əlavə edib ki, əgər məqsəd rejim dəyişikliyidirsə, bu, onun fikrincə reallaşacaq bir hədəf deyil və Əfqanıstan müharibəsi kimi əvvəlki təcrübələr bu yanaşmanın adətən uğursuz olduğunu göstərir.
Merts eyni zamanda bildirib ki, Almaniya münaqişə başa çatdıqdan sonra vəziyyətin sabitləşdirilməsi üçün beynəlxalq missiyada iştirak etməyə prinsip etibarilə hazırdır.