New York Times: Tel-Əviv Trampın qəfil atəşkəsindən ehtiyat edir, maksimum zərbə strategiyasına keçir
ABŞ-ın müharibəni bitirmək planı ətrafında müzakirələr davam edərkən, İsrailin Vaşinqtonun qəfil atəşkəs qərarından narahat olduğu və qısa müddətdə İranın hərbi infrastrukturuna maksimum zərbə vurmağa çalışdığı bildirilir.
ArazNews-un New York Times-a istinadən verdiyi məlumata görə, iki yüksək rütbəli İsrail rəsmisi və məlumatlı mənbələr Tel-Əvivin İranda yüksək prioritetli hədəflərə genişmiqyaslı zərbələr endirdiyini bildirib. Bu addımların səbəbi kimi Donald Trampın müharibəni qəfil dayandıra biləcəyi ehtimalı göstərilir.
Məlumata əsasən, Benyamin Netanyahu orduya qarşıdakı 48 saat ərzində İranın hərbi sənayesinə mümkün qədər çox zərbə endirilməsi barədə göstəriş verib. Eyni zamanda, İsrailin təhlükəsizlik rəsmiləri hesab edir ki, ABŞ-ın 15 maddəlik planı İranın nüvə və raket təhlükəsini tam aradan qaldırmaq üçün kifayət etmir.