Pezeşkian Ərdoğanın İsrailə qarşı mövqeyini alqışladı; Tehranın atəşkəs danışıqları üçün şərtləri açıqlandı
1 saat əvvəl
•
1 dəq oxu
ArazNews xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Rəcəb Tayyib Ərdoğanın İsraili qınayan mövqeyini alqışlayıb. O, Ərdoğanı «əziz qardaş» adlandıraraq, türk xalqının illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynadığını bildirib.
Eyni zamanda, Tramp administrasiyası ilə atəşkəs danışıqlarına qayıdış üçün Tehranın irəli sürdüyü şərtlər açıqlanıb.
Bu şərtlərə ABŞ-ın Xəzərdəki bütün bazalarının bağlanması, İrana təzminat ödənilməsi, Hörmüz boğazından keçən gəmilərdən gəlir əldə olunması, hücumların tam dayandırılmasına zəmanət verilməsi, sanksiyaların tam ləğvi və İranın raket proqramının məhdudiyyətsiz davam etdirilməsi daxildir.