İsrail: Cənubi Livan Litani çayına qədər hərbi nəzarətimiz altında olacaq
4 saat əvvəl
•
1 dəq oxu
İsrail müdafiə naziri Cənubi Livanın bir hissəsinə nəzarət və bufer zona planını açıqladı
ArazNews-in Reuters-ə istinadən verdiyi məlumata görə, İsrail Cənubi Livanın Litani çayına qədər olan hissəsini hərbi nəzarət altına almaq və təhlükəsizlik bufer zonası yaratmaq niyyətindədir.
İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, İsrail qüvvələri bölgədə müdafiə xətti qurmaq, körpüləri və strateji əraziləri nəzarətə götürmək üçün irəliləyir.
Məlumata görə, İsrail ordusu son həftələrdə bir neçə körpünü dağıdıb və Livanın sərhəd bölgələrində dağıdıcı əməliyyatları genişləndirib. Bu addımlar Hizbullaha qarşı mübarizə çərçivəsində əsaslandırılır.