Netanyahu: ABŞ prezidenti İranla razılaşmanı mümkün sayır, hərbi əməliyyatlar davam edəcək

1 saat əvvəl 1 dəq oxu
 Netanyahu: ABŞ prezidenti İranla razılaşmanı mümkün sayır, hərbi əməliyyatlar davam edəcək


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın mümkün olduğunu düşünür, lakin hərbi əməliyyatlar davam edəcək.


ArazNews-un məlumatına görə, Netanyahu videomüraciətində deyib ki, Tramp müharibə məqsədlərinə nail olmaq üçün İranla razılaşma əldə etməyin mümkün olduğunu hesab edir.


O bildirib ki, bu razılaşmanın məqsədi hərbi uğurlardan istifadə etmək və İsrailin həyati maraqlarını qorumaqdır. Bununla yanaşı, Netanyahu vurğulayıb ki, İrana qarşı hücumlar davam edəcək və rejimin raket və nüvə proqramları hədəf alınacaq.


Netanyahu həmçinin Livandakı Hizbullah qüvvələrinə qarşı əməliyyatların davam etdiyini açıqlayıb.


Eyni zamanda, vasitəçi ölkələrin İran və ABŞ arasında İslamabadda görüş təşkil etməyə çalışdığı barədə məlumatlar yayılıb. Lakin İran rəsmiləri, o cümlədən Məhəmmədbaqir Qalibaf Vaşinqtonla hər hansı danışıqları rədd edib.