Qərargah Xatəm əl-Ənbiyə komandiri: müharibəni tam qələbəyə qədər davam etdirəcəyik

4 saat əvvəl 1 dəq oxu
Qərargah Xatəm əl-Ənbiyə komandiri: müharibəni tam qələbəyə qədər davam etdirəcəyik


ArazNews-in Tasnim-ə istinadən verdiyi məlumata görə, İranın Mərkəzi “Xatəm əl-Ənbiyə” qərargahının komandiri general Abdullahi bildirib ki, ölkənin silahlı qüvvələri müharibəni “tam qələbə”yə qədər davam etdirəcək.


O iddia edib ki, ABŞ və İsrailin hücumları İran dövlət strukturunu zəiflətmək və sürətli çökmə yaratmaq məqsədi daşıyırdı, lakin bu hədəflər reallaşmayıb.


Abdullahi əlavə edib ki, silahlı qüvvələr hərbi imkanlara və daxili dəstəyə arxalanaraq irəliləyir və bu proses elan olunmuş məqsədlərə çatana qədər davam edəcək.


O həmçinin iddia edib ki, ABŞ məqsədlərinə nail ola bilməyib və müharibədən çıxış yolu axtarır.


Bu açıqlamalar regionda hərbi gərginliyin davam etdiyi və müharibənin gedişi ilə bağlı müstəqil qiymətləndirmələrin fərqli olduğu bir vaxtda səsləndirilib.