İranın BMT-dəki nümayəndəsi: Lazım gələrsə Avropadakı bazalar da hədəf alınacaq

1 saat əvvəl 1 dəq oxu
İranın BMT-dəki nümayəndəsi: Lazım gələrsə Avropadakı bazalar da hədəf alınacaq


İranın Cenevrədəki BMT ofisində daimi nümayəndəsi Əli Bəhrini bildirib ki, İrana qarşı hücumlarda istifadə edilən bütün hərbi bazalar İranın hədəfinə çevrilə bilər.


ArazNews-un məlumatına görə, Bəhrini Euronews-a verdiyi müsahibədə deyib ki, İran qonşu ölkələrə hücum etməyib, lakin İrana qarşı istifadə edilən hər hansı hərbi obyekt Tehran tərəfindən legitim hərbi hədəf hesab olunur.


O bildirib ki, İran silahlı qüvvələri bu mövzuda açıq siyasət elan edib və zəruri hallarda Avropadakı hərbi bazalar da bu qaydadan istisna olmayacaq.


Bəhrini əlavə edib ki, İran öz təhlükəsizliyini təmin etmək üçün lazım bildiyi bütün addımları atacaq. Onun sözlərinə görə, “ölkəmizin təhlükəsiz qalması və bizə qarşı hücumların qarşısının alınması üçün lazım olan hər nədirsə, onu edəcəyik.”