Türkiyənin tanınmış tarixçisi və yazıçısı professor doktor İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat edib.
ArazNews-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 78 yaşlı Ortaylı bir müddət idi İstanbulda Koç Universiteti xəstəxanasının reanimasiya şöbəsində müalicə alır və süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlər onun vəziyyətini sabit saxlamaq üçün müxtəlif tibbi müdaxilələr həyata keçiriblər.
Lakin bütün tibbi səylərə baxmayaraq professor İlber Ortaylı həyatını itirib.