Tramp İran kürd qüvvələrini İslam Respublikasına qarşı hücuma çağırdı

7 saat əvvəl 1 dəq oxu
 Tramp İran kürd qüvvələrini İslam Respublikasına qarşı hücuma çağırdı


Bölgədə müharibə daha geniş mərhələyə keçdiyi bir vaxtda ABŞ prezidenti İran kürd qüvvələrini İslam Respublikasına qarşı döyüşə qoşulmağa çağırıb.


ArazNews-un məlumatına görə, Donald Tramp Reuters agentliyinə verdiyi müsahibədə İran kürd qüvvələrinin İslam Respublikasına qarşı mümkün hücumunu dəstəklədiyini bildirib. O bu müsahibədə deyib ki, əgər bu qüvvələr müharibəyə daxil olsalar, “bunu alqışlayacağını” bildirib.

Məlumata görə, İran–İraq sərhədində yerləşən bəzi silahlı kürd qrupları son günlər ABŞ rəsmiləri ilə İslam Respublikası qüvvələrinə hücum ehtimalı barədə müzakirələr aparıblar. Bildirilir ki, bu qruplar İraq Kürdüstanında belə bir ssenari üçün hazırlıq görür.


Müharibənin genişlənməsi fonunda İsrail də Tehranda hərbi infrastruktura qarşı yeni genişmiqyaslı hücumların başladığını açıqlayıb. Eyni zamanda İran dronlarının sərhədi keçməsi və Naxçıvanda bir neçə nəfərin yaralanmasından sonra Azərbaycan da mümkün cavab addımlarını nəzərdən keçirdiyini bildirib.


Hazırda yeddinci gününə daxil olan bu qarşıdurma İran və İsraillə yanaşı Yaxın Şərqin digər bölgələrini də təsiri altına alaraq regional təhlükəsizlik gərginliyini artırır.