Məlumatlara görə, son 6–24 saat ərzində Azərbaycan Respublikası ordusunun hava hücumundan müdafiə sistemləri, ballistik raket buraxılış qurğuları, özüyeriyən artilleriya bölmələri və quru qoşunları kazarmalardan çıxaraq yeni mövqelərdə yerləşdirilir.
Bu məlumatları yayan mənbələrin bildirdiyinə görə, həmin hərbi hərəkətliliklə bağlı videolar mövcuddur. Lakin qüvvələrin coğrafi mövqeyinin müəyyən edilməməsi üçün bu görüntülər hələlik yayımlanmayıb.