Bu gün Azərbaycan milli lideri Məhəmməd Əmin Rəsulzadənin vəfatının 71-ci ildönümüdür.

7 saat əvvəl 1 dəq oxu
Bu gün Azərbaycan milli lideri Məhəmməd Əmin Rəsulzadənin vəfatının 71-ci ildönümüdür.


▪️1955-ci il 6 mart tarixində, gecə saat on birə on dəqiqə qalmış, şəkər xəstəliyindən əziyyət çəkən Məhəmməd Əmin Rəsulzadə Ankara Universitetinin Tibb Fakültəsinin klinikasında “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini pıçıldayaraq vəfat edib.


▪️Ankara radiosu 7 mart saat 22:45-də Məhəmməd Əmin Rəsulzadənin – Azərbaycan Respublikasının keçmiş prezidenti – vəfat etdiyini dünyaya elan edib.


▪️O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Milli Şurasının qurucusu və ilk sədri olub. Azərbaycan Xalq Cümhuriyyəti isə müsəlman dünyasında qadınlara kişilərlə bərabər seçki hüququ verən ilk respublika kimi tarixə düşüb.