Sepaha-a bağlı media yeddi yüksək rütbəli hərbi komandanın ölümünü təsdiqlədi
Sepaha-a bağlı Tasnim agentliyi ilk dəfə olaraq İran İslam Respublikasının yeddi yüksək rütbəli hərbi komandanının öldürüldüyünü təsdiqləyən siyahı yayımladı və adları rəsmi şəkildə açıqladı.
Məlumata görə, SEPAH briqada generalı Məhəmməd Şirazi (Ali Baş Komandanlıq Ofisinin rəhbəri), briqada generalı Saleh Əsədi (Baş Qərargahın kəşfiyyat üzrə müavini), general-mayor pilot Möhsən Dərəbagi (Baş Qərargahın logistika və təminat üzrə müavini) və briqada generalı Əkbər İbrahimzadə (Ali Baş Komandanlıq Ofisi rəhbərinin müavini) ölənlər arasındadır.
Həmçinin briqada generalı Qulamrza Rzayian (Fəraca Kəşfiyyat Təşkilatının rəhbəri), briqada generalı Bəhram Hüseyni Mütləq (Baş Qərargah əməliyyat idarəsinin planlama və əməliyyatlar şöbəsinin rəisi) və briqada generalı Həsən Əli Tacik (Baş Qərargah logistika idarəsinin rəisi) də siyahıya daxil edilib.