Əli Laricani sosial media platforması X-də paylaşım edərək İranın müharibəni başladan tərəf olmadığını və uzunmüddətli qarşıdurmaya hazır olduğunu bildirib.
O yazıb ki, İran son 300 ildə müharibə başladan ölkə olmayıb və silahlı qüvvələr yalnız müdafiə çərçivəsində fəaliyyət göstərib. Laricani həmçinin İranın “6000 illik sivilizasiyasına” istinad edərək ölkənin bütün xərclərə baxmayaraq özünü müdafiə edəcəyini vurğulayıb.