İran ilə ABŞ və İsrail arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxtda, SEPAH-a yaxın media orqanları münaqişənin coğrafiyasının genişlənə biləcəyinə dair iddialar yayıb. Bu mediada Bakı–Tbilisi–Ceyhan neft kəmərinin Azərbaycan ərazisində mümkün hədəflər sırasında olduğu barədə dolayı mesajlar verildiyi bildirilir.
Eyni zamanda, İran hakimiyyətinə yaxın media “yeni sürprizlərin yolda olduğu”nu iddia edib və yaxın zamanda yeni addımların açıqlana biləcəyini yazıb. Hazırda nə Tehrandan, nə də Bakıdan bu məlumatlara dair rəsmi reaksiya verilməyib.