Ərdoğan Pezeşkiyanla danışığında Türkiyənin İran və ABŞ arasında vasitəçiliyə hazır olduğunu bildirdi

2 saat əvvəl 1 dəq oxu
Ərdoğan Pezeşkiyanla danışığında Türkiyənin İran və ABŞ arasında vasitəçiliyə hazır olduğunu bildirdi


Türkiyə Prezidenti, Məsud Pezeşkiyanla telefon danışığında ikitərəfli münasibətləri nəzərdən keçirib, regionda artan hərbi gərginlikdən narahatlığını ifadə edib və Ankaranın prosesdə "asanlaşdırıcı" rolunu oynamağa hazır olduğunu bəyan edib.

Araz News-un "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkiyanla telefon əlaqəsi saxlayaraq, regional son hadisələr və Tehran-Ankara əlaqələri barədə fikir mübadiləsi aparıb.

Hesabata əsasən, Ərdoğan regionda hərbi gərginliyin kəskinləşməsinə toxunaraq vurğulayıb ki, Türkiyə gərginliyi azaltmaq və ixtilafların həllinə kömək etmək məqsədilə İran və ABŞ arasında vasitəçilik və asanlaşdırıcı rolunu öz üzərinə götürməyə hazırdır.

Bu danışıq, münaqişələrin genişlənməsi ehtimalı və bunun regional nəticələri ilə bağlı narahatlıqların pik həddə çatdığı bir vaxtda baş tutub.