ABŞ İran rəsmilərinin və ailə üzvlərinin viza və yaşayış icazələrinin ləğv edildiyini açıqladı

4 saat əvvəl 1 dəq oxu
ABŞ İran rəsmilərinin və ailə üzvlərinin viza və yaşayış icazələrinin ləğv edildiyini açıqladı


ABŞ Dövlət Departamenti İran İslam Respublikasının yüksək rütbəli rəsmilərinin və onların ailə üzvlərinin immiqrasiya imtiyazlarının ləğv edildiyini elan edib.

Araz News-un məlumatına görə, ABŞ Dövlət Departamentinin rəsmi "X" (keçmiş Twitter) səhifəsində yayımlanan bəyanatda bildirilir ki, dövlət katibi Marko Rubio İran hökumətinin rəhbər şəxslərinin və onların ailə üzvlərinin ABŞ-a giriş və orada yaşamaq icazələrinin ləğv edilməsi barədə göstəriş verib.

Bəyanatda vurğulanır ki, bu addım İran xalqına dəstək məqsədilə, həmçinin etirazların "şiddətli və sistematik şəkildə yatırılmasına" və İslam Respublikası tərəfindən insan hüquqlarının genişmiqyaslı pozulmasına reaksiya olaraq atılıb. ABŞ Dövlət Departamenti bəyan edib ki, İrandakı güc strukturundan bəhrələnən və vətəndaşların repressiyasında iştirak edən şəxslər Birləşmiş Ştatların immiqrasiya sisteminin üstünlüklərindən yararlanmamalıdırlar.