İranlı rəsmi “Reuters”ə: İran rəsmiləri ən azı 5 min nəfərin öldüyünü təsdiqləyiblər
İranlı bir rəsmi bazar günü “Reuters” xəbər agentliyinə bildirib ki, İrandakı son etirazlar zamanı indiyədək ən azı 5 min nəfərin ölümü rəsmilər tərəfindən “təsdiq” edili
Adının açıqlanmasını istəməyən həmin rəsmi ölənlər arasında təxminən 500 təhlükəsizlik qüvvəsinin də olduğunu qeyd edərək, etirazçıları “terrorçular və silahlı üsyançılar” kimi xarakterizə edib.
“Araz News”un “Reuters”ə istinadən verdiyi məlumata görə; o, “ən ağır toqquşmaların və ən çox tələfatın” ölkənin kürd bölgələrində baş verdiyini iddia edib.
Həmin rəsmi həmçinin “İsrail və xaricdəki silahlı qrupların” etirazları dəstəklədiyini iddia edərək, “yekun rəqəmlərin əhəmiyyətli dərəcədə artacağı gözlənilmir” deyə əlavə edib. Halbuki bəzi mənbələr son etirazlarda ölənlərin sayının təxminən 12 min nəfər olduğunu bildirir. İran İslam Respublikası rəsmiləri son illərdə dəfələrlə iğtişaşları “xarici düşmənlərlə” əlaqələndiriblər.
Eyni zamanda, ABŞ-da yerləşən “HRANA” insan haqları qrupu şənbə günü ölənlərin sayının 3308 nəfərə çatdığını, daha 4382 işin isə araşdırıldığını elan etmişdi.