Argentina SEPAH-ın Qüds qüvvələrini terrorçu qruplar siyahısına daxil etdi

3 saat əvvəl 1 dəq oxu
Argentina SEPAH-ın Qüds qüvvələrini terrorçu qruplar siyahısına daxil etdi


Argentina hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrini və onunla əlaqəli 13 nəfəri terrorçu qruplar və şəxslər siyahısına daxil etdiyi elan etdi. Bu qərar prezident Xavyer Mileyin fərmanı ilə qəbul edilib və orada Qüds qüvvələri İran hüdudlarından kənarda terror əməliyyatları həyata keçirmək üçün təlim keçən bir bölmə kimi təqdim olunub. Argentina bu fərmanda 1990-cı illərdə Qüds qüvvələrinə aid edilən iki ölümcül hücumun hədəfi olduğunu qeyd edib.

Bu fərmana əsasən, 1992-ci ildə İsrail səfirliyinə hücumda 29 nəfər həlak olub, 1994-cü ildə AMIA yəhudi mərkəzinə hücumda isə 85 nəfər ölüb, 300 nəfər yaralanıb ki, bu da Argentina tarixinin ən ölümcül terror hücumu olub. Argentina elan edib ki, Qüds qüvvələri və onunla əlaqəli şəxslər bundan sonra maliyyə sanksiyalarına və əməliyyat məhdudiyyətlərinə məruz qalacaqlar. Fərmanın mətnində Qüds qüvvələrinin o zamankı komandiri Əhməd Vahidiyə də toxunulub və onun hələ də İnterpol tərəfindən axtarışda olduğu bildirilib.

Bu addım Qüds qüvvələri və müttəfiq qüvvələrin ən azı 12 min etirazçının qətlə yetirilməsindəki rolu barədə hesabatın dərcindən sonra atılıb