BAO-nun təşkilatçılığı ilə "İranda milli hüquqlar və repressiyalar:
Azərbaycan ziyalılarının baxışı" mövzusunda dəyirmi masa keçirilib
Araz News-un məlumatına görə, bu gün, 17 yanvar 2026-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BA təşəbbüsü və təşkilatçılığı ilə qurumun Bakıdakı ofisində "İranda milli hüquqlar və repressiyalar: Azərbaycan ziyalılarının baxışı" mövzusunda dəyirmi masa keçirilib.
Bir qrup ziyalı və universitet müəllimlərinin iştirakı ilə keçirilən tədbir BAO-nun katibi Zahir Əlisoyun giriş nitqi ilə başlayıb. Daha sonra natiqlər İranda milli hüquqların vəziyyəti, repressiv siyasətlər və Azərbaycan cəmiyyətinin üzləşdiyi çətinliklər barədə öz fikir və təhlillərini bölüşüblər.
Dəyirmi masa zamanı iştirakçılar ətraflı məruzələr və qiymətləndirmələr təqdim edərək, mövzunun müxtəlif aspektlərini intellektual, sosial və siyasi baxımdan nəzərdən keçiriblər.
Proqramın sonunda iştirakçıların iştirakı ilə xatirə fotosu çəkdirilib.