bazar, 29 noyabr 2026
İnsan Haqları

İbrahim Asmani həbs edildikdən sonra 26 gündür onun vəziyyəti barədə məlumat yoxdur

İbrahim Asmani həbs edildikdən sonra 26 gündür onun vəziyyəti barədə məlumat yoxdur

Azərbaycan Milli Hərəkatının fəalı İbrahim Asmaninin həbs olunmasından 26 gün keçməsinə baxmayaraq, onun saxlanıldığı yer, həbs şəraiti və vəziyyəti barədə hələ də aydın məlumat yayılmayıb.

Asmani 2026-cı il noyabrın 1-də təhlükəsizlik qüvvələri evinə basqın edəndən sonra, heç bir məhkəmə qərarı təqdim edilmədən həbs olunub. O, daha əvvəl 30 ay həbs cəzasına məhkum edilmişdi və cəzasını elektron qolbaqla çəkirdi.

Məlumatlara görə, azərbaycanlı türk fəal həbs edildikdən sonra Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb və aradan 26 gün keçsə də, hələ həbsxanaya köçürülməyib.

Həmçinin bildirilir ki, təhlükəsizlik qüvvələri həbs xəbərinin mediaya çıxmasının qarşısını almaq üçün onun ailəsini hədələyib.

Asmaninin vəziyyəti barədə məlumatsızlığın davam etməsi, onun harada və hansı şəraitdə saxlanıldığının bilinməməsi bu azərbaycanlı fəalın hüquqi vəziyyəti və sağlamlığı ilə bağlı narahatlığı artırıb.

Bu xəbəri paylaşın