çərşənbə, 25 noyabr 2026
İnsan Haqları

Qətl ittihamından bəraət almalarına baxmayaraq Milad Armun və Navid Nəccaran edam ərəfəsindədir

Qətl ittihamından bəraət almalarına baxmayaraq Milad Armun və Navid Nəccaran edam ərəfəsindədir

"İranWire"in məlumatına görə, Tehran prokurorluğu Milad Armun və Navid Nəccaranın edam vaxtını onların vəkillərinə rəsmi şəkildə bildirib. "Ekbatan" işi üzrə həbs olunan bu iki etirazçının 4 azar (25 noyabr) çərşənbə günü səhər Qızılhesar həbsxanasında edam edilməsi ehtimal olunur. Onlar «Qadın, həyat, azadlıq» etirazları zamanı həbs olunublar, işlərinə yenidən baxılması barədə müraciətləri isə hələ də cavabsız qalıb.

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin sədri Əbülqasim Salavati hər ikisini «yer üzündə fəsad törətmək» ittihamı ilə məhkum edib. Daha əvvəl 1 saylı Cinayət Məhkəməsi onlara Bəsic üzvü Arman Əliverdinin qətli ittihamı üzrə bəraət verib. Ölkənin Ali Məhkəməsi də vəkillərin kassasiya şikayətini rədd edib.

Vəkillərin sözlərinə görə, 34 yaşlı Nəccar istintaq mərhələsində bıçaqla zərbə vurmaq ittihamından bəraət alıb. 27 yaşlı Armun isə yalnız iki təpik vurduğunu etiraf edib. Armunun işi üzrə şahidlər ifadələrindən imtina ediblər, lakin Salavati onun «əməllərinin geniş miqyaslı olmasını» əsas gətirərək ölüm hökmü çıxarıb.

Bu xəbəri paylaşın