bazar ertəsi, 30 noyabr 2026
Dünya

Bosniya və Herseqovina casusluq şübhəsi ilə üçü diplomat olmaqla dörd İran vətəndaşını ölkədən çıxarıb

Bosniya və Herseqovina casusluq şübhəsi ilə üçü diplomat olmaqla dörd İran vətəndaşını ölkədən çıxarıb

Bosniya və Herseqovina hökuməti kəşfiyyat və casusluq fəaliyyətində şübhəli bilinən dörd İran vətəndaşını, o cümlədən İslam Respublikasının Sarayevodakı səfirliyinin üç rəsmi əməkdaşını «arzuolunmaz şəxs» elan edərək ölkə ərazisindən çıxarıb. Bu şəxslər noyabrın 25-də, çərşənbə günü Bosniyanı tərk ediblər.

Azad Avropa Radiosu və Bosniya mediasının məlumatına görə, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ötən həftə ölkənin təhlükəsizlik qurumlarının məlumatlarına əsaslanaraq bu dörd nəfərin ölkədən çıxarılması barədə göstəriş verib. Xəbərlərə görə, onlardan üçü İslam Respublikası səfirliyinin diplomatlarının rəsmi siyahısında olub. Yerli media həmçinin ölkədən çıxarılan şəxslərin İslam Respublikasının kəşfiyyat qurumları və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli ola biləcəyini bildirib. Bu ittihamlarla bağlı sənədli təfərrüatlar hələ rəsmi şəkildə açıqlanmayıb.

Bosniyanın xarici işlər naziri nazirliyin addımını təsdiqləyərək bu işin təhlükəsizlik xarakteri daşıdığını və ona baxılmasının ölkənin kəşfiyyat və təhlükəsizlik qurumlarının səlahiyyətinə aid olduğunu bildirib.

Bu xəbəri paylaşın