İlkin hesablamalara görə, «GTA 6» videooyunu satışa çıxarıldıqdan sonrakı cəmi bir həftə ərzində dünyada 53 milyon nüsxə satılaraq təxminən 4,7 milyard dollar gəlir əldə edib.
«PlayGround» mediasının məlumatına görə, oyunun satışlarının 75,7 faizi PlayStation 5 konsolunun payına düşüb. Oyunun ən böyük bazarı isə 33,5 faizlik payla ABŞ olub.
Bundan əlavə, yeddi milyondan çox istifadəçi bu oyuna 50 saatdan artıq, təxminən 250 min nəfər isə 100 saatdan artıq vaxt sərf edib.