HƏMAS bildirib ki, İsrailin qruplaşmanın yüksək rütbəli liderlərindən biri olan Xəlil əl-Hayyənin sağ qalan yeganə övladı İzzəddin əl-Hayyəyə Qəzzada sui-qəsd cəhdi uğursuz alınıb.
"Reuters"in xəbərinə görə, HƏMAS-ın yüksək vəzifəli üzvlərindən Basim Naim açıqlayıb ki, İsrailin İzzəddin əl-Hayyə və ailəsinə qarşı hücumu zamanı bir neçə nəfər yaralanıb.
İzzəddinin əkiz qardaşı Həmmam da 2025-ci ildə İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
İsrail ordusu HƏMAS-ın bu iddiası ilə bağlı hələlik heç bir şərh verməyib.