İsrailin 14-cü kanalı xəbər verib ki, ölkənin təhlükəsizlik qurumları İslam Respublikasının İsrail daxilində hücumlar planlaşdırmaq cəhdlərinin nəzərəçarpacaq dərəcədə artdığını bildiriblər. Bu hücumlara adam oğurluğu, bomba yüklənmiş avtomobillərin partladılması və silahlı qrupların sızması daxildir.
İsrailin 14-cü kanalının məlumatına görə, ölkənin təhlükəsizlik rəsmiləri xəbərdarlıq ediblər ki, Tehran genişmiqyaslı hücumların həyata keçirilməsi üçün ssenariləri nəzərdən keçirir. Bu cür hücumlar son illərdə İsraildə müşahidə olunmayıb.
Məlumata əsasən, İsrail ordusu İslam Respublikasının yönləndirdiyi silahlı qrupların şərq sərhədlərindən sızması ehtimalına hazırlaşır.
İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərindən biri kanala deyib: «İranlılar öz ərazilərindən birbaşa hücumun nəticələrini bilirlər və buna görə də Yaxın Şərqdəki vəkil qüvvələr vasitəsilə müxtəlif hücumlar həyata keçirməyə çalışırlar».
Həmin rəsmi İordan çayının qərb sahilini və İsrailin şərq sərhədlərini təhlükəsizlik baxımından həssas nöqtələr kimi qiymətləndirib.