Moskva və Pxenyan birgə görüşdə strateji əlaqələrin gücləndirilməsini və ikitərəfli əməkdaşlığın genişləndirilməsini vurğulayıblar. Bu addım iki ölkə arasında hərbi və siyasi yaxınlaşmanın davamı kimi atılır.
"Yonhap" agentliyi və Şimali Koreyanın rəsmi xəbər agentliyinin məlumatına görə, iki ölkənin rəsmiləri 27 noyabr, cümə günü Pxenyanda bir araya gəliblər. Onlar enerji, ticarət, kənd təsərrüfatı, texnologiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Tərəflər həmçinin müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsini vurğulayıb, iqtisadi, elmi və texnoloji əməkdaşlığın inkişafına dair sənəd imzalayıblar.
Görüş Ukrayna müharibəsi dövründə Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin genişləndiyi bir vaxtda keçirilib. İki ölkənin əməkdaşlığı regionda mühüm təhlükəsizlik məsələlərindən birinə çevrilib.