Beş ədəd "Boeing 777" təyyarəsinin "Mahan Air" aviaşirkətinə verilməsinə görə Madaqaskarın sabiq prezidenti və baş naziri terrorizm ittihamı ilə üzləşib. Ölkə prokurorluğu Andri Rajoelina və Kristian Ntsayın həbs edilməsini tələb edib. Prokurorluq iki cinayət işi üzrə ümumilikdə 45 nəfəri təqib edir.
Prokurorluğun versiyasına görə, bu təyyarələr 2025-ci ilin iyun-iyul aylarında Madaqaskarın müvəqqəti qeydiyyat nömrəsi ilə İrana çatıb, lakin bu ölkənin ərazisinə daxil olmayıb. Bu, ABŞ və Avropa İttifaqının sanksiyalarından yayınmaq üçün istifadə olunan bir üsul olub. İş üzrə prokuror bildirib ki, təyyarələrin verilməsində birbaşa və ya dolayısı ilə iştirak edən hər kəs ağır hərbi silah təchizatında da ittiham olunur.
Senatın sabiq sədri Riçard Ravalomanana və sabiq nəqliyyat naziri Valeri Ramonjavelo da təqsirləndirilən şəxslərin siyahısındadır. Rajoelina 2025-ci ilin oktyabrında, etirazların ən qızğın vaxtında Fransanın hərbi təyyarəsi ilə ölkəni tərk edib. Ntsay isə həmin gün şəxsi təyyarə ilə Mavrikiyə gedib.