İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Cənubi Koreyanın Hörmüz boğazı yaxınlığında dəniz missiyasını genişləndirmək planına münasibət bildirib. O, xarici hərbi qüvvələrin bölgədə olmasının regional gərginliyi artıra biləcəyini deyərək xəbərdarlıq edib.
Reuters-in məlumatına görə, Əraqçi noyabrın 26-da, cümə axşamı Cənubi Koreyanın xarici işlər naziriÇo Hyun ilə telefonla danışıb. O, xarici ölkələrin hərbi mövcudluğunun sülhə deyil, münaqişələrin genişlənməsinə səbəb olacağını iddia edib.
Cənubi Koreyanın xarici işlər naziri isə öz növbəsində Seulun müharibədə iştirak etmək və ya Körfəzə qoşun göndərmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, «Çonqhe» dəniz bölməsinin missiyasını genişləndirməkdə məqsəd ölkə vətəndaşlarını və ticarət gəmilərini qorumaqdır.
Cənubi Koreya parlamenti bu bölmənin əməliyyat zonasını Oman dənizi ətrafındakı sulara qədər genişləndirmək layihəsini müzakirə edir. Bölmə 2009-cu ildən Ədən körfəzində dəniz quldurluğuna qarşı mübarizə missiyası ilə fəaliyyət göstərir.