şənbə, 28 noyabr 2026
İran

Mərkəzi Bankın sədri Əbdülnasir Həmməti valyuta rekord qırdığı vaxtda: Sanksiyalar və hərbi blokada valyutaya və qiymətlərə mütləq təsir edir

Mərkəzi Bankın sədri Əbdülnasir Həmməti valyuta rekord qırdığı vaxtda: Sanksiyalar və hərbi blokada valyutaya və qiymətlərə mütləq təsir edir

Sərbəst bazarda valyuta məzənnəsinin rekord qırdığı vaxtda İslam Respublikası Mərkəzi Bankının sədri «maksimum və görünməmiş sanksiyaların» və «hərbi blokadanın» valyuta bazarına və qiymətlərin ümumi səviyyəsinə təzyiq göstərdiyini etiraf edib. Əbdülnasir Həmməti noyabrın 27-də, cümə günü yazdığı qeyddə ticarət xərclərinin artmasını, resurslara çıxışın məhdudlaşmasını və hökumətin gəlirlərinə təzyiqi də bu vəziyyətin səbəbləri sırasında sadalayıb.

Həmməti eyni zamanda yazıb ki, bütün problemləri sanksiyaların üzərinə atmaq daxili siyasətin islahını əvəz etmir. O iddia edib ki, heç bir iqtisadi izah və ya siyasi mülahizə Mərkəzi Bankın xalqın güzəranı və onun alıcılıq qabiliyyətinin qorunması qarşısındakı məsuliyyətini azaltmır.

Mərkəzi Bankın sədri ABŞ-ın maliyyə nazirinin İran iqtisadiyyatının iki həftə ərzində çökəcəyi barədə açıqlamalarına münasibət bildirərkən, sanksiya tətbiq edənlərin siyasi istəyi ilə «İran iqtisadiyyatının reallığı» arasında böyük fərq olduğunu qeyd edib. Onun sözlərinə görə, son tarix elan etməklə və «təbliğat əməliyyatı» ilə bir xalqın taleyini müəyyən etmək mümkün deyil.

Bu xəbəri paylaşın