İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, ölkə ordusu HƏMAS-ın daxili təhlükəsizlik komandirini öldürüb, bir gecə sonra isə onun canişinini də aradan qaldırıb. Zamir bu sözləri Qərbi Neqevdəki yerli şuraların rəhbərləri və Sderot şəhərinin meri ilə görüşdə deyib.
Onun sözlərinə görə, İsrail ordusu təhdidləri hələ formalaşma mərhələsində zərərsizləşdirir. Zamir vurğulayıb ki, İsrail HƏMAS-ın 7 oktyabrdan əvvəlki vəziyyətə qayıtmasına və ya bölgədə yenidən güclənməsinə imkan verməyəcək.
Görüşdə ordunun Cənub Komandanlığının komandanı Yaniv Asor və Qəzza diviziyasının komandiri Liron Batito da iştirak ediblər. İsrail ordusunun Baş Qərargah rəisi sakinlərin müdafiəsini ordunun bir nömrəli vəzifəsi adlandırıb və onların təhlükəsizliyi məsələsində heç bir güzəştə gedilməyəcəyini deyib.