İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) dövlət başçılarının 18-ci sammiti dekabrın 3-4-də Tehranda keçiriləcək.
İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbələr bildiriblər ki, indiyədək Pakistanın baş naziri, Qırğızıstan və Tacikistan prezidentləri, Qazaxıstanın baş naziri, Özbəkistan Ali Məclisinin sədri və Azərbaycan Respublikasının baş nazirinin bu toplantıda iştirakı dəqiqləşib.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sammitdə iştirakı ilə bağlı məsləhətləşmələr davam edir, lakin bu iki rəsminin iştirakı hələ yekunlaşmayıb.
Eyni zamanda məlumatlı mənbə bildirib ki, İraq prezidenti də sammitin xüsusi qonaqları sırasında olacaq və bu toplantıda iştirak etmək üçün Tehrana səfər edəcək.