çərşənbə axşamı, 24 noyabr 2026
Xəbər

Yeni klinik sınağın nəticələri: "Moderna" və "Merck"in fərdi peyvəndi dəri xərçənginin geri qayıtma riskini 42 faiz azaldıb

Yeni klinik sınağın nəticələri: "Moderna" və "Merck"in fərdi peyvəndi dəri xərçənginin geri qayıtma riskini 42 faiz azaldıb

"Moderna" və "Merck" əczaçılıq şirkətlərinin birgə hazırladığı fərdi dəri xərçəngi peyvəndi melanomanın geri qayıtması və ya ondan ölüm riskini 42 faiz azaldıb. Bu göstərici peyvəndin immunoterapiya ilə birlikdə tətbiq olunduğu yeni klinik sınağın nəticələrindən əldə edilib.

Peyvənd mRNA texnologiyası əsasında hazırlanır və hər xəstə üçün onun öz şişindəki genetik mutasiyalara uyğun olaraq ayrıca variant işlənib hazırlanır. Tədqiqatçılar peyvəndi "Merck" şirkətinin istehsalı olan "Keytruda" immunoterapiya dərmanı ilə birlikdə əməliyyatdan sonra yüksək riskli melanoma diaqnozu qoyulmuş xəstələr üzərində sınaqdan keçiriblər.

Yeni nəticələr fərdiləşdirilmiş peyvəndlərin xərçəngin müalicəsində istifadəsinə dair ümidləri artırıb. Melanoma dəri xərçənginin ən təhlükəli növü hesab olunur və digər orqanlara yayıldıqdan sonra onun müalicəsi xeyli çətinləşir.

Bu xəbəri paylaşın