«Aşıqlar axşamı» tədbiri noyabrın 21-də, şənbə günü Zənganda keçirilib. Proqram mərhum aşıq sənətkarı, ustad Müslüm Əsgərinin xatirəsinə həsr olunub. Tədbirdə sənətçilər, Azərbaycan folklor musiqisinin həvəskarları və ustadın ailə üzvləri iştirak ediblər.
Tədbirdə aşıq dastanları nəql olunub. Sənətçilər həmçinin Azərbaycan folklor musiqisi, nəğmə və mahnılarını ifa ediblər.
Təşkilatçıların sözlərinə görə, «Aşıqlar axşamı» bundan sonra Zənganda hər ay iki dəfə – ayın ortasında və sonunda keçiriləcək.