Türkiyənin yerli imkanlarla hazırladığı “Oruc Reis” seysmik tədqiqat gəmisi Pakistanın Karaçi limanından təxminən 120 kilometr məsafədəki “Indus-C” blokunda üçölçülü seysmik kəşfiyyata başlayıb. Gəmi bundan əvvəl ilk xarici missiyasını Somalidə başa vurmuşdu.
Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına görə, kəşfiyyat işləri təxminən 670 kvadratkilometrlik ərazidə həftənin bütün günləri gecə-gündüz davam edir. Üçölçülü məlumatların toplanması təxminən iki ay çəkəcək. Ankara qazma işlərinə 2027-ci ildə başlamağı hədəfləyib.
Gəminin 50 nəfərlik heyəti, o cümlədən iki qadın, Somali missiyasını həyata keçirmiş komandadır. “Oruc Reis”in kapitanı gəminin Karaçi limanına qədər səfərinin 18 gün çəkdiyini deyib.