bazar ertəsi, 23 noyabr 2026
Dünya

Qətərin baş naziri Marko Rubio ilə görüşəcək

Qətərin baş naziri Marko Rubio ilə görüşəcək

Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani noyabrın 23-də, bazar ertəsi günü Vaşinqtona səfər edəcək. O, ABŞ dövlət katibi Marko Rubio və Donald Tramp administrasiyasının digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Al Sani İslam Respublikası ilə ABŞ arasında vasitəçilikdə mühüm rol oynayır.

Axios xəbər saytının müxbiri Barak Ravid Qətərin baş nazirinin səfər planı barədə məlumat verib. Səfərin rəsmi məqsədi Vaşinqtonla Doha arasında strateji dialoqun keçirilməsi kimi açıqlanıb. İran-ABŞ danışıqlarının bu görüşlərin gündəliyində nə dərəcədə yer alacağı isə hələ məlum deyil.

Səfər Qətər və Omanın Vaşinqtonla Tehran arasında gərginliyi azaltmaq üçün diplomatik səyləri davam etdiyi vaxta təsadüf edir. Son məlumatlara görə, tərəflər arasında öhdəliklərin hansı ardıcıllıqla icra olunacağı ilə bağlı fikir ayrılığı var. Mübahisəli məsələlər arasında dəniz blokadasının ləğvi və İslam Respublikasının nüvə proqramına qoyulan məhdudiyyətlər də yer alır. Danışıqlarda yaranmış dalandan çıxmaq üçün razılıq əldə olunduğuna dair hələlik heç bir əlamət yoxdur.

Bu xəbəri paylaşın