çərşənbə, 18 noyabr 2026
Dünya

Türk kimliyinə qayıdışda daha bir addım: Qazaxıstan yeni əskinaslardan rus dilini çıxarıb

Türk kimliyinə qayıdışda daha bir addım: Qazaxıstan yeni əskinaslardan rus dilini çıxarıb

Qazaxıstan yeni əskinaslarında rus dilindən imtina edib. 5 min və 10 min tenqelik yeni əskinaslarda Milli Bankın adı və pulun nominalı yalnız qazax dilində yazılıb.

Yeni əskinasların dizaynı «skif üslubu» adlandırılıb. Bu pulların üzərində türk mədəniyyətini əks etdirən heyvan təsvirləri və bozqırın ənənəvi naxışları yer alıb.

Qazaxıstan bu dizaynla milli kimliyini, tarixi irsini və mədəni müstəqilliyini ön plana çıxarıb.

Bu xəbəri paylaşın