çərşənbə axşamı, 17 noyabr 2026
Azərbaycan

Azərbaycan qazı bu ildən Almaniyaya ixrac olunur

Azərbaycan qazı bu ildən Almaniyaya ixrac olunur

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohann Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Vadeful Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və bu ölkənin kansleri Fridrix Mertsin mesajlarını Əliyevə çatdırıb.

Tərəflər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu vurğulayıblar. Azərbaycan qazının Almaniyaya ixracına bu ildən başlanılıb.

Görüşdə Əliyevin bu ilin iyul ayında Almaniyaya etdiyi rəsmi səfərə də nəzər salınıb. Həmin səfər zamanı «İkitərəfli tərəfdaşlığın strateji gündəliyi» adlı birgə bəyannamə və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında bəyannamə imzalanıb.

Danışıqlarda siyasət, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat, logistika və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın Orta Dəhlizdəki rolu və Bakının Avropa İttifaqı ilə münasibətlərinin gələcəyi də nəzərdən keçirilib.

Bu xəbəri paylaşın