çərşənbə axşamı, 17 noyabr 2026
İran

Laricani nüvə doktrinasının dəyişdirilməsinə həsr olunmuş konfransda: İslam Respublikası atom bombası hazırlamaq üçün tam imkana malikdir

Laricani nüvə doktrinasının dəyişdirilməsinə həsr olunmuş konfransda: İslam Respublikası atom bombası hazırlamaq üçün tam imkana malikdir

Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmmədcavad Laricani İslam Respublikasının atom bombası hazırlamaq üçün tam texniki imkanlara malik olduğunu iddia edib. SEPAH-a yaxın Təsnim xəbər agentliyinin məlumatına görə, o, bu iddianı Şərif Texnologiya Universitetində keçirilən «Nüvə məsləhəti» konfransında səsləndirib.

Konfransın mövzusu İslam Respublikasının nüvə doktrinasının dəyişdirilməsi olub. Laricani silahların mənzilinin qeyri-məhdud olmasını yeni çəkindirmə strategiyasının əsas sütunlarından biri adlandırıb. Onun sözlərinə görə, kütləvi qırğın silahlarının haram olması barədə fiqhi hökm «əllərin bağlı olması» anlamına gəlmir.

Laricani əlavə edib ki, nüvə biliyinin hərbi tətbiqi yalnız atom bombası ilə məhdudlaşmır və «dəhşətli» çəkindirmə yarada bilər. O, həmçinin İslam Respublikasının ABŞ və Avropa ilə qarşıdurmasını «sivilizasiyalararası» və kökləri tarixə gedib çıxan qarşıdurma kimi səciyyələndirib.

Beynəlxalq münasibətlər üzrə professor Mehdi Xanəlizadə də konfransda İslam Respublikasının nüvə doktrinasına yenidən baxılmasını tələb edib. O, keçmiş doktrinalarda qalmağı və «istifadə müddəti bitmiş» müqavilələrə arxalanmağı passivlik kimi dəyərləndirib.

Bu xəbəri paylaşın