çərşənbə axşamı, 17 noyabr 2026
İran

New York Times SEPAH-ın itkin generalının taleyindən yazıb: Əlirza Əsgərinin cəsədi dindirmədən sonra Qara dənizə atılıb

New York Times SEPAH-ın itkin generalının taleyindən yazıb: Əlirza Əsgərinin cəsədi dindirmədən sonra Qara dənizə atılıb

"The New York Times" qəzeti ABŞ-ın üç sabiq rəsmisinə istinadən xəbər verib ki, Mossad 2006-cı ilin dekabrında Əlirza Əsgərini İstanbulda qaçırıb. Həmin rəsmilərin iddiasına görə, o, həftələrlə bir qayıqda dindirilib. Daha sonra öldürülüb və cəsədi Qara dənizə atılıb.

Əsgəri SEPAH-ın Qüds Qüvvələrinin komandirlərindən biri və İslam Respublikasının sabiq müdafiə nazirinin müavini olub, Hizbullah liderləri ilə yaxın əlaqələri olub. Həyat yoldaşı Ziba Əhmədi deyir ki, o, İstanbuldakı Ceylan otelinə daxil olduqdan sonra bir daha görünməyib. İsrail onun yoxa çıxmasına görə məsuliyyəti heç vaxt öz üzərinə götürməyib.

Qəzetin yazdığına görə, İsrail Əsgərinin 1986-cı ildən Livanda itkin düşmüş israilli hərbçi Ron Aradın taleyindən xəbərdar olduğunu güman edirdi. Lakin dindirmələr zamanı belə bir əlaqə aşkar edilməyib. Nüvə danışıqlarında iştirak etmiş ABŞ-ın sabiq rəsmilərindən biri deyib ki, İsrail rəsmiləri amerikalılara Əsgərinin öldüyünü bildirmişdilər.

Bu xəbəri paylaşın