çərşənbə axşamı, 17 noyabr 2026
İran

SEPAH-ın Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazında supertanker və maye qaz daşıyan gəmi minaya toxunaraq partlayıb

SEPAH-ın Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazında supertanker və maye qaz daşıyan gəmi minaya toxunaraq partlayıb

Hörmüz boğazında iki gəmi dəniz minasına toxunduqdan sonra «dəhşətli partlayış» baş verib və gəmilərdə «çox güclü» yanğın başlayıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 17-də, çərşənbə axşamı yaydığı açıqlamada məlumat verib. SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin iddiasına görə, gəmilərdən biri 2 milyon bareldən çox xam neft daşıyan supertanker olub, digəri isə maye qaz daşıyırmış.

SEPAH həmin açıqlamada ABŞ-a məxsus çoxsaylı qırıcı və digər uçuş aparatlarının bu gəmilərə havadan dəstək verdiyini iddia edib. Supertanker Hörmüz boğazının qərb hissəsində minaya toxunub. Maye qaz daşıyan gəmi ilə bağlı insidentin isə boğazın cənub marşrutunda baş verdiyi bildirilib.

İslam Respublikası gəmilərin Hörmüz boğazının cənub marşrutundan keçməsinə icazə verilmədiyini hesab edir.

Bu xəbəri paylaşın