İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Omana məxsus Didamar adasındakı gəmi naviqasiya sistemlərinə hücum edib. Gəmiçilik sənayesi və dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən üç mənbə hücumu təsdiqləyib, lakin dəymiş ziyanın həcmi barədə qiymətləndirmə verməyib. Hökumət mediası çərşənbə axşamı SEPAH-ın bu hücumlarda naviqasiya sistemlərini məhv etdiyini iddia etmişdi. Bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Həmin mənbələrin sözlərinə görə, hücumun Hörmüz boğazında kommersiya gəmiçiliyinə təsiri, ehtimal ki, məhdud olacaq. Mənbələrdən biri bunun səbəbini başqa ərazilərdə alternativ sistemlərin olması ilə izah edib. Körfəz ölkələrinin neft ixracatçıları Hörmüz marşrutu ilə ixracı artırmaq üçün Oman və Birləşmiş Ərəb Əmirliklərinin sahil sularında neftin gəmidən gəmiyə ötürülməsinə getdikcə daha çox üz tutur.
Fevralın sonlarında ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlarına başlamasından bəri ABŞ ordusu kommersiya gəmilərinin Hörmüz boğazından keçidini dəstəkləyir.