cümə axşamı, 12 noyabr 2026
İran

Ekspertlər Məclisi yeni bəyanat yayıb: NPT-dən çıxmağı nəzərdən keçirmək «qaçılmaz zərurətə» çevrilib

Ekspertlər Məclisi yeni bəyanat yayıb: NPT-dən çıxmağı nəzərdən keçirmək «qaçılmaz zərurətə» çevrilib

İslam Respublikasının Nüvə Silahının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxması məsələsi bu dəfə Ekspertlər Məclisinin rəsmi bəyanatında gündəmə gətirilib. Qurum müqavilədən çıxmağı nəzərdən keçirməyi və müdafiə doktrinasına yenidən baxmağı «çəkindirmə» üçün qaçılmaz zərurət adlandırıb. Ekspertlər Məclisi həmçinin yenidən hücum olacağı təqdirdə silahlı qüvvələrin «coğrafi məhdudiyyət olmadan» cavab verəcəyi ilə hədələyib.

Bəyanatda irəli sürülən digər tələb hakimiyyət qollarının iştirakı ilə və rəhbər institutunun nəzarəti altında «Müharibə İqtisadiyyatı Qərargahı»nın yaradılması olub. Ekspertlər Məclisi «mədəni hücum» adlandırdığı hallarla, xüsusilə hicab məsələsində mübarizə aparılmasında da israr edib.

Daha əvvəl parlamentin Rəyasət Heyətinin üzvü Əhməd Naderi açıq şəkildə atom bombası hazırlanmasını tələb etmişdi. Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai oktyabrın 31-də hakimiyyətdə nüvə doktrinasının dəyişdirilməsi məsələsinin müzakirə olunduğunu, lakin rəsmi qərar qəbul edilmədiyini demişdi. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə noyabrın 9-da, bazar ertəsi Tehranın hələ də NPT-yə sadiq qaldığını iddia edib.

Bu xəbəri paylaşın