cümə axşamı, 12 noyabr 2026
Xəbər

Nvidia-nın ən qabaqcıl çipləri ilə bağlı işdə çinli qadının izi: ABŞ texnologiyanın Çinə ötürülmə yolunu axtarır

Nvidia-nın ən qabaqcıl çipləri ilə bağlı işdə çinli qadının izi: ABŞ texnologiyanın Çinə ötürülmə yolunu axtarır

ABŞ-ın Nvidia şirkətinin baş icraçı direktoru Censen Huanq ilə əlaqəsi olan çinli iş qadını Alis Huanq qabaqcıl çiplərin Çinə qeyri-qanuni yolla ötürülməsi ehtimalı ilə bağlı araşdırmaların mərkəzindədir.

Reuters agentliyinin xəbərinə görə, əvvəllər Çinin maliyyə qurumlarında çalışmış Alis Huanq 2023-cü ildən Nvidia-nın bulud xidmətləri üzrə tərəfdaşlarından biri olan Sinqapurun "Megaspeed International" şirkətinə nəzarəti öz əlinə alıb.

Ticarət sənədlərindən məlum olur ki, şirkətin İndoneziyadakı törəmə qurumu 2024-2026-cı illərdə qabaqcıl H100 prosessorları və onlarla bağlı avadanlıqları idxal edib.

ABŞ rəsmiləri ixrac məhdudiyyətlərinə düşən çiplərin çinli müştərilərə ötürülüb-ötürülmədiyini araşdırır. Lakin Reuters vurğulayıb ki, bu sövdələşmələr tək başına qanun pozuntusunu sübut etmir.

Bu xəbəri paylaşın