çərşənbə, 11 noyabr 2026
Xəbər

Türk dünyasının birliyinə yeni addım: Ərdoğan Türkmənistanı türk dövlətləri ailəsinə çağırıb

Türk dünyasının birliyinə yeni addım: Ərdoğan Türkmənistanı türk dövlətləri ailəsinə çağırıb

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə bu ölkənin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olacağına ümid etdiyini deyib.

Araz News-un Anadolu Agentliyinə istinadən yaydığı xəbərə görə, görüş Antalyada keçirilən COP31 iqlim sammiti çərçivəsində baş tutub. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regionda və dünyada baş verən hadisələri müzakirə ediblər.

Ərdoğan enerji, ticarət, müdafiə sənayesi və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, Türk Dövlətləri Təşkilatının gündən-günə gücləndiyini, Türkmənistanın bu təşkilata qoşulmasının isə türk dünyası ölkələri arasında yaxınlaşmanı genişləndirə biləcəyini bildirib.

Bu xəbəri paylaşın