Türkiyənin Van vilayətində İran dövlət qeydiyyat nişanlı mikroavtobusun qəzaya uğraması nəticəsində 9 nəfər, o cümlədən beş qadın və dörd kişi həlak olub, daha beş nəfər yaralanıb. Hadisə şənbə günü, noyabrın 7-də İran sərhədi yaxınlığındakı Özalp–Saray yolunda baş verib.
Xoy qubernatoru Əli Əlayi bazar günü hadisəni təsdiqləyib. O, ilkin araşdırmalara əsasən, güclü yağışı və yol səthinin sürüşkən olmasını qəzanın əsas səbəbləri kimi göstərib.
Qurbanların şəxsiyyətinin dəqiq müəyyənləşdirilməsi Türkiyənin rəsmi orqanları və aidiyyəti qurumları tərəfindən davam etdirilir. Xoy qubernatorunun sözlərinə görə, qəzada həlak olanların və xəsarət alanların bir qismi İran vətəndaşıdır.