Elektron kalabərqin (ərzaq kuponu) ilk yenidən baxılma mərhələsində təxminən 1 milyon ailə, yəni 3 milyona yaxın nəfər yararlananlar siyahısından çıxarılıb. Gəlir həddi 1-3 nəfərlik ailələr üçün 20 milyon, 4 nəfərlik ailə üçün isə 27 milyon tümən müəyyənləşdirilib.
Nazirliyin rifah və iqtisadi məsələlər üzrə müavini Yaqub Andayeş bildirib ki, gəlirlə yanaşı, ailələrin bank əməliyyatları, avtomobili və daşınmaz əmlakı da nəzərə alınır. O qeyd edib ki, siyahıdan çıxarılanlar yenidən baxılması üçün müraciət edə bilərlər və müraciətlərə 15 deyədək baxılacaq.
Müstəqil hesablamaya görə, 4 nəfərlik ailə üçün çörək istisna olmaqla 17 adda ərzaq məhsulundan ibarət səbətin aylıq dəyəri təxminən 19 milyon tümən təşkil edir ki, bu da həmin gəlir həddinin 71 faizinə bərabərdir. Bu ailəyə verilən 4-6 milyon tümənlik kalabərq bu xərcin yalnız 21-31 faizini qarşılayır. İran Statistika Mərkəzinin məlumatına görə, ərzaq məhsulları üzrə illik inflyasiya 113,4 faizə çatıb.