ArazNews
Ana Səhifə / İran / Reuters ifşa edib: İslam Respublikası Myanma ordusunun təyyarələri üçün yanacağı saxta sənədlərlə ixrac edib
İran

Reuters ifşa edib: İslam Respublikası Myanma ordusunun təyyarələri üçün yanacağı saxta sənədlərlə ixrac edib

Reuters ifşa edib: İslam Respublikası Myanma ordusunun təyyarələri üçün yanacağı saxta sənədlərlə ixrac edib

Reuters agentliyinin araşdırması göstərir ki, İslam Respublikasının ixrac etdiyi reaktiv yanacaq yanıltıcı ticarət sənədlərindən istifadə edilməklə və «Cənubi Afrika dizel yanacağı» adı altında Myanmaya göndərilib. Bu ölkənin ordusu dinc sakinlərə qarşı ölümcül bombardmanlar həyata keçirməkdə ittiham olunur.

Araşdırmaya əsasən, Myanma hərbi hökumətinin valyuta mübadilələrinə nəzarət edən qurumu da yükün mahiyyətinin gizlədilməsində rol oynayıb və təyyarə yanacağının dizel yanacağı kimi qeydiyyata alınmasına icazə verib.

Reuters həmçinin oxşar üsulla İrandan Myanmaya göndərilmiş 26 milyon dollar dəyərində daha bir yükün aşkar edildiyini xəbər verib.

Bu mübadilələr ABŞ-ın Myanma ordusunun dinc sakinlərə qarşı hava hücumlarına görə bu ölkənin reaktiv yanacaq sənayesinə sanksiyalar tətbiq etdiyi bir vaxtda həyata keçirilib. BMT də 2021-ci ildəki hərbi çevrilişdən bəri Myanma ordusunun hücumlarında minlərlə insanın öldürüldüyünü bildirib.

İslam Respublikasının və Myanma hərbi hökumətinin rəsmiləri Reuters-in şərh sorğusuna cavab verməyib.