ArazNews
Ana Səhifə / İran / ABŞ kəşfiyyatı xəbərdarlıq edib: İslam Respublikasının amerikalılara hücum planları irəliləmiş mərhələyə çatıb
İran

ABŞ kəşfiyyatı xəbərdarlıq edib: İslam Respublikasının amerikalılara hücum planları irəliləmiş mərhələyə çatıb

ABŞ kəşfiyyatı xəbərdarlıq edib: İslam Respublikasının amerikalılara hücum planları irəliləmiş mərhələyə çatıb

ABŞ-ın yüksək vəzifəli kəşfiyyat rəsmisi xəbərdarlıq edib ki, İslam Respublikası amerikalı hərbçiləri və vətəndaşları hədəfə almaq səylərini kəskin şəkildə artırıb. Onun sözlərinə görə, Yaxın Şərqdə və bəzi digər ölkələrdə ehtimal olunan ölümcül hücum planları «irəliləmiş mərhələlərə» çatıb.

Reuters-in məlumatına görə, ABŞ-ın Milli Kəşfiyyat direktoru Cey Kleyton ölkənin dövlət katibi Marko Rubioya ünvanladığı 23 oktyabr tarixli məxfi olmayan memorandumda İslam Respublikasına aid edilən təhdidlərin artması barədə xəbərdarlıq edib.

Memorandumda deyilir: «Müxtəlif kanallardan alınan məlumatlar göstərir ki, İran amerikalı hərbçiləri hədəfə almaq səylərini xeyli artırıb».

Eyni zamanda, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliklərindən zəruri olmayan əməkdaşların və onların ailə üzvlərinin çıxarılması barədə göstəriş verib, həmçinin Yaxın Şərqin bir neçə ölkəsində təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu xəbərdarlıq İslam Respublikasının dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumlarının və Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin artdığı, eləcə də ABŞ-ın İrana qarşı yeni hərbi zərbələr dalğasına başlaması ehtimalının gündəmə gəldiyi bir vaxtda səslənib.