ArazNews
Ana Səhifə / İran / "The Wall Street Journal": ABŞ gəmiləri İran rejiminə qarşı yeni hücum dalğasına hazırlaşır
İran

"The Wall Street Journal": ABŞ gəmiləri İran rejiminə qarşı yeni hücum dalğasına hazırlaşır

"The Wall Street Journal" qəzeti hərbi planlaşdırmadan xəbərdar olan amerikalı rəsmilərə istinadən yazıb ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi gəmiləri münaqişənin mümkün kəskinləşməsinə hazırlaşır. Qəzetin yazdığına görə, Donald Tramp əmr verərsə, İran rejiminə qarşı yeni hücum dalğası yaxın həftələrdə başlaya bilər.

Qəzetin hesabatında bildirilir ki, Ərəbistan dənizində ABŞ-yə məxsus bir təyyarədaşıyan gəmidə və bir raket esminesində uçuş əməliyyatları davam edir. Bu gəmilərə həmçinin böyük həcmdə sursat və hərbi texnika çatdırılıb.

Göndərilən silahlar arasında quru hədəflərə zərbə endirmək üçün çoxlu sayda uzaqmənzilli raket var. Möhkəmləndirilmiş mövqeləri və yeraltı obyektləri dağıtmaq üçün nəzərdə tutulmuş bunker dağıdan bombalar da bu yüklərin bir hissəsini təşkil edir.